Now Reading:
Putindən sərt xəbərdarlıq: III Dünya Müharibəsi başlana bilər
Full Article 40 second read

Putindən sərt xəbərdarlıq: III Dünya Müharibəsi başlana bilər



Rusiya prezidenti Vladimir Putin verdiyi açıqlamada bütün dünyanı silkələyəcək məlumatı ictimiyyətin nəzərinə çatdırıb.

Moderator.az xəbər verir ki, Putin ABŞ-ın Suriyanın Şam şəhərinin cənubunu bombalayacağı barəsində məxvi məlumat aldıqlarını bildirib. O, nu məlumatı ABŞ-ın 2003-cü ildə İraqa hücum əməliyyatı ilə eyniləşdirib. Putinin açıqlamasında əsas maraqlı detal isə tam başqadır. Rusiya lideri əllərinə keçdiyi məlumata əsasən, ABŞ-ın Şamı bombaladıqdan sonra fəsadı Suriya rejiminin üzərinə atacaqlarını bildirib.

İtaliya prezidenti Sergiyo Matarella ilə görüşdən sonra Moskvada mətbuat konfransına qatılan Putin yuxarıdalı fikirlərə əlavə olaraq bunları səsləndirib:
“Müxtəlif qaynaqlardan əldə etdiyimiz məlumata görə, provakatorlar- buna başqa ad vermək mümkün deyil- Şamın şimalı da daxil olmaqla, bir ərazilərdə bu cür hücumları həyata keçirəcəklər. Günahı isə müxtəlif maddələrdən də yararlanmaqla Suriya hakimiyyətinin üzərinə yıxacaqlar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.