Now Reading:
Putin Hələbdə humanitar fasilə elan olunması göstərişi verdi
Full Article 30 second read

Putin Hələbdə humanitar fasilə elan olunması göstərişi verdi



Rusiya prezidenti Vladimir Putin 4 noyabrda Hələbdə humanitar fasilə elan olunması haqda göstəriş verib.

Avropa.info xəbər verir ki, o, bu göstərişlə müdafiə naziri Sergey Şoyquya müraciət edib. Müraciətdə bildirilir ki, insan itkilərinin qarşısını almaq üçün 4 noyabrda səhər saat 9-dan axşam 19-a qədər humanitar fasilə elan edilsin.

Rusiya Müdafiə Nazirliyi terrorçulardan ayrılmaları üçün öz silahını götürərək Hələbdən çıxmaları ilə bağlı müxaliflərə müraciət edib. Humanitar fasilə zamanı iki koridor açıq olacaq, hökumət qoşunları və texnikası həmi koridorlardan geri çəkiləcək. Mülki əhali ilə bərabər silahlı müxalifətin də koridorlardan çıxmasına şərait yaradılacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.