Now Reading:
Prokuror qadını zorlayaraq öldürənlərə cəza istədi
Full Article 2 minutes read


Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorladıqdan sonra öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə davam edib. Bizimyol.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Samir Zeynukova 20 il, Dimitriy Razumniya isə 19 il cəza istəyib. Müdafiə tərəfinin vəkilləri çıxış üçün vaxt istəyiblər.

Hadisə bu il aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadının öldüyünü görən dostlar meyitini evdən çıxarıb, həyətin küncünə qoyublar.

Daha sonra qonşular Yelena Sandrandinovanın meyitini aşkarlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razumnıy həbs edilib.
Onlara Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə), 120.2.1-ci(bir qrup şəxs tərəfindən adam öldürmə) , 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı(zorlama ilə adam öldürmə), 120.2.9-cu(kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü( xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci(sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü(xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər həm də ölən şəxsin tüfeyli həyatı yaşadığı bildirilir.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.