Now Reading:
Prokuror “Gündəlik Bakı” qəzetinin baş redaktoruna cəza istəyib
Full Article 30 second read

Prokuror “Gündəlik Bakı” qəzetinin baş redaktoruna cəza istəyib



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, H. Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Proses martın 13-də davam edəcək.

 

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.