Now Reading:
Prokuror dələduzluqda təqsirləndirilən vəkilə verilən cəzadan narazıdır
Full Article 30 second read


Gülər Əhmədovanın vəkilinin məhkəməsi başlayır

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Əfsər Talıbov barəsində olan məhkəmə hökmündən prokurorun verdiyi apelyasiya protestinə baxılır.

Hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 13-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Prokuror cəzanın ağırlaşdırılmasını istəyib.

Ə.Talıbov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Ə.Talıbov sabiq deputat Gülər Əhmədovanın vəkillərindən biri olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.