Now Reading:
Prokuror bank əməkdaşına iş istədi
Full Article 50 second read


Dələduzluqda təqsirləndirilən bank işçisinin vəkilləri çıxış üçün vaxt istəyiblər

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Muğanbank” ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev çıxış edib. O, N.Vəliyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. N.Vəliyevin vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses fevralın 6-da davam edəcək.

N. Vəliyev tanışları – Kənan Nağıyev və Fərid Quliyevin etibarından sui-istifadə edərək, “forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər iki şəxsin ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində “Muğanbank” ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.
Barəsində həbs qətimkan tədbiri seçilən N.Vəliyevlə bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.