Now Reading:
“Problemli kreditlərlə bağlı banklarda yoxlamalar aparılmalıdır”
Full Article 4 minutes read


Bank üzrə ekspert Əkrəm Həsənov: “Mərkəzi Bank bütün valyutadəyişmə məntəqələrini bağladı ki zibilinin üstü açılmasın”

“Valyuta tənzimi haqqında” qanununa edilən dəyişikliyə əsasən valyutdadəyişmə məntəqələrinin yenidən açılmasına icazə verilib. Bəs valyudatədəyişmə məntəqələri niyə bağlanmışdı, indi niyə açılır?

Mövzu ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, Mərkəzi Bank tərəfindən milli valyutanın devalvasiyasından əvvəl həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən valyutadəyişmə məntəqələri bankların bir şöbəs kimi fəaliyyət göstərirdi: “Bəli, bu məsələ formal tərəfdən belə idi. Faktiki tərəfdən isə belə deyildi. Yəni istənilən bir ticarət müəssisəsi, istənilən köşkün sahibi olan sahibkar bankla qeyri-rəsmi razılıq əldə edirdi ki mən valyutadəyişmə məntəqəsi təsis etmək istəyirəm, gəl bunu bankın şöbəsi kimi sənədləşdirək və mən də banka da müəyyən ödəniş edəcəm. Və bütün valyutdadəyişmə məntəqələri əslində belə fəaliyyət göstərirdi. Yəni bu məntəqələr formal olaraq bank şöbələri idi, amma faktiki onların öz sahibləri var idi. Mərkəzi Bank da bunları bilirdi. Bu məsələdə Mərkəzi Bankın razılığı alınırdı. O razılığın necə alınması məsələsi ilə bağlı hüquq mühafizə orqanlarının araşdırmasına ehtiyac var.

Prinsipcə valyutadəyişmə məntəqələri devalvasiyaya qədər qanunauyğun şəkildə fəaliyyət göstərirdilər. Burada 2 faiz marja var idi, yəni həmin məntəqələrin valyuta məzənnələri Mərkəzi Bankın məzənnəsindən maksimum 2 faiz fərqlənə bilərdi. Sonradan bu fərq dəyişdirilərək 4 faizə çatdırıldı. Və məntəqələr bu tələbə əməl edirdi. Çünki Azərbaycanda valyutadəyişmə biznesində tam rəqabət var idi və heç kəs də qiyməti çox qaldıra bilmirdi. Amma devalvasiyadan sonra valyuta qıtlığı əmələ gəldi. Belə ki Mərkəzi Bank banklara dollar satmırdı. Hamımız bunu 2015-2016-cı illərdə gördük. Və eyni zamanda sahibkarlara xarici valyuta lazım idi. Mərkəzi Bank elə məzənnə elan etmişdi ki, o məzənnə ilə satmaq banklara sərf etmirdi. Belə olan halda valyudadəyişmə məntəqələri qanunları pozmağa başladı. Yəni 4 faizlik marjanı pozmağa başladılar, baha qiymətə valyutanı satamağa start verdilər. Mərkəzi Bank bunun öhdəsindən gələ bilmədi. Ona görə ki valyutadəyişmə məntəqələri çox olması və Mərkəzi Bankın həmin məntəqələr qarşısında gözü kölgəli olması nəticəsində valyutadəyişmə məntəqələrinin öhdəsindən gələ bilmirdi. Məsələn, Mərkəzi Bank bu məntəqələrdən birini cəzalandırsa idi, o məntəqənin sahibi deyəcəkdi ki bank kimdir, mən bankla işləmirəm axı. Sən guya bilmirdin? Nəticədə Mərkəzi Bank belə qərara gəldi ki bütün valyutadəyişmə məntəqələrini bağlasın və zibilinin üstü açılmasın. Əlbəttə həmin qərar düzgün qərar deyildi. Və qanuna edilən son dəyişiklik düzgün dəyişiklikdir. Dəyişikliyə əsasən valyutadəyişmə məntəqələri heç də bank şöbələri olmalı deyil, hər bir sahibkar Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya alıb valyutadəyişmə məntəqəsi açıb fəaliyyət göstərə bilər. Və bu gün də marja yoxdur axı. İstənilən məzənnə ilə valyuda alveri etmək olar. Marja tələbi olmadığına görə bu gün valyutadəyişmə məntəqələrinin fəaliyyətinə sərbəstlik verilir. Amma hamı bilməlidir ki əvvəlki kimi bizdə valyudayişmə məntəqələri olmayacaq. Çünki bu biznes əvvəlki kimi gəlir gətirmir. Ona görə ki indi xarici valyutdaya tələbat əvvəlki kimi deyil. Həm də əhalinin pulu da yoxdur”.

Qeyd edək ki, problemli kreditlər məsələsi xeyli vaxtdır Azərbaycanda bank sistemi üçün problemlər yaradıb. Manatın devalvasiyasi prosesinin həyata keçirilməsindən sonra bu proses daha da güclənib. Bağlanan bankların sayının artmaması üçün nə etmək lazımdır?
Ekspertin sözlərinə görə, problemli kreditlərin hansı səbəbdən yarandığını müəyyən etmək üçün banklarda tam yoxlamalar aparmaq lazımdır: “Kreditlərin kimlərə verilməsi araşdırılmalıdır. Məlum olacaq ki sonradan problemli kreditə çevrilmiş kreditlər elə bank sahiblərinin və rəhbərlərinin cinayət əməlləri nəticəsində verilib. Yəni qanunsuz kreditləşmə olub”.

Əkrəm Həsənov açıqlamasında getdikcə daha çox dövlət qurumunun publik hüquqi şəxs statusu almasına məsələsinə də toxunub: “2015-ci ilin sonunda “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. 2016-cı ildən etibarən publik hüquqi şəxslər təsis olunmağa başladı. Bunun prinsipcə dövlət büdcəsinə və vətəndaşlara təsiri yoxdur. Bu dəyişiklik sadəcə hüquq sahəsində olan problemin həlli ilə bağlı məsələdir. Söhbət nədən gedir? Məsələn, tibb və təhsil müəssisələrinin Azərbaycanda statusu bu günə kimi qeyri-müəyyən idi. Yəni bilinmirdi ki bunlar kommersiya qurumudur, yoxsa qeyri-kommersiya. Qanunvericiliyə əsasən Azərbaycan dövlət qeyri-kommersiya qurumu təsis edə bilməz. O zaman belə çıxırdı ki onlar kommersiya qurumudur. Amma tibb, təhsil müəssisəsi, məsələn kitabxananın bəlkə də hansısa gəliri var, amma bu qurumların əsas məqsədi gəlir olmamalıdır. Xaricdə bu qurumların statusu müəyyənləşib. Amma xaricdə bu qurumlara “publik hüquqi şəxs” adlanmır, xaricdə bu status “publik hüququn hüquqi şəxsi” adlanır. Yəni Azərbaycan dilinə düzgün tərcümə edilməyib. Bəli, qanunvericilikdə olan boşluğun aradan qaldırılması nəticəsində son zamanlar bu qurumların statusu müəyyənləşir.

Onu da qeyd edim ki publik hüquqi şəxs statusu verilən təhsil və tibb müəssisələrində əvvəllər xidmət pullu olub, bundan sonra belə olacaq. Yəni praktiki cəhətdən heç nə dəyişmir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.