Now Reading:
Prezidentliyə namizədlər hər saniyəyə görə 25 manat ödəməlidir
Full Article 40 second read


İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb.

Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır.

Çıxışın saniyəsinin maksimum qiyməti isə 25 manat müəyyən edilib. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında çıxış edə bilərlər.
Minimum əməkhaqqının 130 manat olduğu ölkədə prezidentliyə namizədlərdən çıxışın bir saniyəsinə görə 25 manat ödəmək tələb olunur. Bu bir daha göstərir ki, Azərbaycan ağlagəlməz anormallıqlar ölkəsinə çevrilib. İctimai maraqlara deyil, hakimiyyətin maraqlarına xidmət edən bu telekanal əvvəlki kampaniyalarda olduğu kimi yenə də absurd maliyyə şərtləri siyasətini davam etdirir.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.