Now Reading:
Prezidentliyə namizədin oğlu bloggeri təhdid etdi – SƏS YAZISI
Full Article 1 minutes read

Prezidentliyə namizəd Fərəc Quliyevin oğlu Nikbin Quliyev (Ulusoy) blogger Rəşad Bakinskiyə zəng edərək ondan Fərəc Quliyev haqqında yazı yazmamasını tələb edib.



Blogger səs yazısını paylaşaraq bu barədə məlumat verib. 24saat.org Rəşad Bakinskiyin statusunu təqdim edir:

“Qeydə alınmış Prezidentliyə namizəd, Millət Vəkili Fərəc Quliyevin köməkçisi Nikbin Ulusoy yazdığım statuslara görə bugün mənə zəng edib təhdid edərək tələb edir ki, Fərəc Quliyev haqqında yazmayım. Çaşmayım. Həddimi aşmayım. Asacaq, kəsəcək, baltalayacaq, şirini cağırıb filkalayacaq zad. Telefonun səs yazısını sizə təqdim edirəm, qulaq asın.

Düzdür, güləcəksiniz danışığa, gülünc olsa da acı həqiqətdir. səs yazısında da qeyd olunan kimi orda özü deyir ki ordakiların yeddisi də mənə marağlı deyil sənin haqqın yoxdur Fərəc haqda yazmaqa kimin haqda nə yazırsan yaz. Qısacası, məsləhət görürəm ki səs yazısına qulaq asasınız həm güləsiniz həm də Azərbaycanın gələcəyinin kimlər haqqında idarə olunacağına bir daha diqqətlə şahid olasınız. Sözdə demokratiya, işçə hədəqorxuloqiya üzdə isə asaram kəsərəm. Budur bizim namizədlər?”

Rəşad Bakinskiy sonradan status yazaraq, özünü Fərəc Quliyevin köməkçisi kimi təqdim edən Nikbin Quliyevin əslində Fərəc Quliyevin oğlu olduğunu öyrəndiyini bildirib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: