Now Reading:
Prezidentdən Ramiz Mehdiyevə ad günü hədiyyəsi – FOTO
Full Article 50 second read

Sabah Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin doğum günüdür – 80 yaşı tamam olur.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.
Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

24saat.org xəbər verir ki, aprelin 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin doğum günüdür. Onun 80 yaşı tamam olur.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: