Now Reading:
Prezident Azərbaycan və Naxçıvan Ali Məhkəməsinə sədr təyin etdi
Full Article 40 second read


Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. 24saat.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fevralın 15-də sərəncam imzalayıb. Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Fevralın 13-də Milli Məclis onun Ali Məhkəmədə hakim səlahiyyətlərinin artırılması ilə bağlı layihəni təsdiqləyib. Onun Ali Məhkəmənin sədri kimi səlahiyyət müddəti isı fevralın 25-də bitəcəkdi.

Prezidentin digər sərəncamı ilə isə Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əliyev Qasım Vəli oğlu bu vəzifəyədək Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.