Now Reading:
Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ
Full Article 40 second read

Fatma Abdullazadə işdən çıxarıldı, rektor şöbə müdiri təyin edildi



Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

24saat.org xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Onun təyin olunduğu vəzifəni bundan əvvəl Fatma Abdullazadə tuturdu.

Fərəh Əliyeva professor Şirməmməd Hüseynovun qızıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə də müdir təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Rövşən Çingiz oğlu Nəcəf təyin olunub.
24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: