Now Reading:
POS-terminallar azalmaqda davam edir
Full Article 2 minutes read

POS-terminallar azalmaqda davam edir



Nağdsız ödənişlərə keçidin stimullaşdığı bir vaxtda ölkədə POS-terminalların sayı azalır. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin fevraında onların ümumi sayı 70 min 950 olub. Bu, yanvar ayı ilə müqayisədə 214 ədəd azdır.

Azalma daha çox paytaxtdakı pərakəndə ticarət obyektlərində baş verib. Onlar POS-terminalları işlətməkdən imtina edirlər.
Belə ki, fevralda cəmi POS-terminalların 70 min 166-sı məhz pərakəndə ticarət obyektlərinə aid olub. Bunun  39 min 489-u Bakının payına düşür. Yanvarda isə bu rəqəm 39 min 587 ədəd olub. Fevralda regionlarda istifadəe dilən POS-terminalların sayı 31 min 464 ədəd olub.
Qeyd edək ki, bir il öncə – 2016-cı ilin fevralında ölkədə istifadə olunan POS-terminalların ümumi sayı 77 min 250 ədəd olub. Bunun  75 min 918 ədədi pərakəndə ticarət obyektlərinin payına düşüb.  Həmin vaxt Bakıdakı ticarət məkanlarında istifadə olunan POS-terminalların sayı 43 min 836 ədəd təşkil edib.
POS-terminalların sayında pik hədd 2015-ci ilin dekabrında müşahidə olunub – 80 min 301 ədəd. Bunun 78 min 762 ədədi pərakəndə ticarət obyektlərinin payına düşüb. Növbəti ilin yanvarından etibarən isə hər ay onların sayı azalmağa doğru gedib.
Regionlarda ən çox POS-terminal 2016-cı ilin yanvar ayında istifadə edilib. Həmin ayda onların sayı  32 min 777-ə çatıb. Sonrakı aylarda burada da azalma baş verib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.