Now Reading:
Keçmiş NATO rəhbərini özünə müşavir etdi
Full Article 30 second read

Keçmiş NATO rəhbərini özünə müşavir etdi



NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussen Ukrayna prezidenti Petro Poroshenko-nun məsləhətçisi olacaq.

Rasmussen Facebook-da mayın 29-da bu barədə yazıb. Ondan bir gün sonra Poroshenko bu təyinatı ilə bağlı məlumat verib.

Rasmussen Ukraynanın şərqindəki vəziyyəti «həyəcanlı» situasiya kimi təsbit edib. O həmçinin deyib ki, Ukrayna korrupsiya ilə mübarizə aparmalı və islahatları yerinə yetirməlidir.

Rusiya Dumasının üzvü Leonid Kalashnikov «Interfax»a açıqlamasında Rasmussen-in təyinatını Rusiyaya münasibətdə «düşmən jesti» kimi qiymətləndirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.