Now Reading:
PKK-ya silah satan “Şakro Molodoy” həbs olunub
Full Article 50 second read

PKK-ya silah satan “Şakro Molodoy” həbs olunub



Rusiyada kriminal aləminin ən qorxulu siması kimi tanınan Zahariy Kalaşovun Rus polisinin Moskvada keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilib.


Rusiya xəbər saytlarının yazdığına görə, “Şakro Molodoy” ləqəbi ilə tanınan 63 yaşlı Kalaşov Moskva yaxınlığındakı lüks malikanəsində qətldə suçlu bilinərək yaxalanıb və haqqında 15 Avqusta qədər həbs qərarı seçilib.

Uzun illər İspaniyada həbs yatdıqdan sonra sərbəst qalaraq Rusiyaya qayıdan Kalaşovun, keçən il mafiyanın öldürülən 1 nömrəli siması, yaxın dostu və tərəfdaşı “Ded Xasan” ın  (Aslan Usoyan) yerini tutduğu iddia olunurdu.

İzvestiya Kalaşovun Moskvada “Element” adlı Koreya restoranın interyerinə görə 30 min dolları ötən borcunun ödəməməsi və məsələnin mafiyaya həvalə edilməsindən sonra başlayan mübahisədə iki nəfərin öldürülməsində əli olduğu iddia olunur.

Gürcüstan əsilli  yezdi kürdü olduğu bildirilən Kalaşov İspaniyada çirkli pulların yuyulmaında və başqa cinayətlərdə ittiham olunaraq 7 il müddətində həbsə məhkum olunub.

Wikileaks sənədlərində, PKK-nın silahlandırılmasında Kalaşovun rol oynadığı irəli sürülmüşdü. Londonda öldürülən keçmiş Rus kəşfiyyat agenti Aleksandr Litvinenko da Kalaşovun PKK-ya silah satdığını iddia etmişdi.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.