Now Reading:
Pirşağıda sanatoriyada yanğında zəhərlənən 5 nəfər xəstəxanaya yerləşdirildi
Full Article 40 second read


Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Gilavar” sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: “Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər”.

Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Gilavar” Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: