Now Reading:
Petrosyan Azərbaycana gəlir
Full Article 30 second read

Petrosyan Azərbaycana gəlir



Bu gün səhər tezdən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa yola düşüb.

Bu məlumatı armtimes.com saytı verib.

Xankəndində o, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşməlidir.

Qeyd edək ki, dörd günlük müharibədən dərhal sonra fəaliyyətdə olan prezident S.Sarkisyan özünün barışmaz rəqibi, devrilməsində bilavasitə iştirak etdiyi L.Ter-Petrosyanla məsləhətləşmələrə başladı.

L.Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv təklifləri ilə Qarabağ klanının, o cümlədən S.Sarkisyanın tənqid hədəfinə çevrilmişdi.

Keçmiş prezident Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

Virtualaz.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.