Advertisements
24 saat

Penitensiar Xidmətə “əl gəzdirilə” bilər


Bir neçə gündür 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbus Mürsəlov Fərhad Zeynal oğlunun ölümü müzakirə mövzusudur.

Rəsmi məlumata görə, məhbus ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin açıqlandığı bildirilir.

Lakin sosial şəbəkələrdə və bir sıra media orqanlarında məhbusun döyülərək öldürüldüyü iddia edilir. Hətta bildirilir ki, həmin müəssisədə cəza çəkən siyasi məhbus Bayram Məmmədov buna etiraz etdiyinə görə əvvəlcə döyülüb, daha sonra “Karser”ə salınıb.

Siyasi Məhbus – Bayram Məmmədov

Əgər bu iddialar doğrudursa, o zaman söyələmək olar ki, Penitensiar Xidmətin rəhbərliyinin aktivinə daha bir “minus” əlavə olundu. Ki, bu da sözügedən quruma “əl gəzdirilməsinə” səbəb ola bilər.

Az24saat.org xatırladır ki, bu, 2017-ci ildə Penitensiar Xidmətdə baş verən üçüncü qalmaqallı olaydır. Bundan əvvəl siyasi fəal Mehman Qələndərov Bakı İstintaq Təcridxanasında intihar etmişdi. Daha sonra Penitensiar Xidmət “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və onunla birlikdə həbs edilən Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəldi. Məlumat üçün deyək ki, Əli Ağami sonrada polisə təslim olub. Etibar Məmmədov isə polislərlə atışmada öldürülüb. Bu olayla bağlı müzakirələr bitməmiş Hacı Məmmədovun intiharı və onun ardından da yuxarıda qeyd etdiyimiz hadisə baş verib.

Müşahidələr göstərir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi də Penitensiar Xidmətdə baş verənlərdən narahatdır. Hər halda, ədliyyə naziri Fikrət Məmmədovun PENİTENSİAR Xidməti sərt tənqid etməsi belə deməyə əsas verir. Nazir 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rəsmi nəşr olan “Azərbaycan” qəzetində yazdığı məqalədə “Qoca” və məhbus yoldaşının müşayiət altından qaçması faktına istinad edərək açıq mətnlə Penitensiar Xidmətdə nöqsanların olduğunu bildirmişdi.

“Ötən ay iki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərib”, – deyə nazir vurğulamışdı.

Bu, Penitensiar Xidmətin rəhbərliyinə xəbərdarlıq da hesab edilə bilər.

Lakin bundan sonra da sözügedən qurumda qalmaqalların səngiməməsi artıq qəti addımların atılması ilə nəticələnə bilər.

Az24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: