Now Reading:
Pasport və şəxsiyyət vəsiqəsiylə bağlı – Yeni rüsumlar
Full Article 2 minutes read


Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

az24saat.org Report-a istinadən xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:

14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
14.1-1.1. on iş günü müddətində verildikdə
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün 20 manat
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 30 manat
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 40 manat
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara 50 manat
14.1-1.2. beş iş günü müddətində verildikdə
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün 30 manat
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 50 manat
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara 90 manat
14.1-1.3. bir iş günü müddətində verildikdə
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün 50 manat
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 90 manat
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 130 manat
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara 170 manat
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
14.3-1.1. on iş günü müddətində verildikdə 15 manat
14.3-1.2. üç iş günü müddətində verildikdə 35 manat
14.3-1.3. bir iş günü müddətində verildikdə 45 manat
Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:
“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə:
33-3.1.1. üç iş günü müddətində verildikdə 20 manat
33-3.1.2. beş iş günü müddətində verildikdə 10 manat
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.2.1. üç iş günü müddətində verildikdə 10 manat
33-3.2.2. beş iş günü müddətində verildikdə 5 manat
Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.
Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.