Now Reading:
Paşayevlәr Ziya Mәmmәdovun obyektini әlindәn aldı
Full Article 1 minutes read

“Garant Holding”in broyler müəssisəsi “Pasha Holding”ə keçib



Ucar rayonunda yerləşən broyler şirkəti “Lu-Mun Holding” MMC-yə keçib. Əvvəllər “Garant Aqro” şirkətlər qrupunun adını daşıyan şirkətin adı da dəyişdirilib.

“Lu-Mun Holding” şirkəti haqqında yalnız o məlumdur ki, ofisi “Port Baku Towers” biznes mərkəzində yerləşir. Şirkətin reyestr məlumatları bilinmir. Qanunvericiliyin tələblərinə zidd olaraq, onu ictimaiyyətdən gizlədirlər.

“Garant Aqro” MMC indi “Azerbaijan Poultry Company” adlanır. Şirkətin nizamnamə kapitalı 17,5 milyondan 20,3 milyon manatadək artırılıb. Direktoru əvvəllər SOCAR-da və onun Türkiyədəki törəməsində işləmiş Məmməd Nəzərəliyevdir.

garantaqro.az saytı deaktiv edilib və məlumatlar yeni apc.az-a köçürülüb.

“Mərcan” ticarət markası ilə toyuq məhsulları istehsal edən təsərrüfatın gücü ildə 9,5 min ton təşkil edir. Müəssisə “Garant Holding” şirkətləri qrupu tərəfindən 2012-ci ildə yaradılıb və tikinti və avadanlıqlarına 28.4 milyon manat sərmayə qoyulub. Bunun 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondundan götürülüb.

“Garant Holding” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovanın ailəsinə məxsusdur. 2017-ci ildə onunla “Paşa Holdinq” arasında çoxmilyonlu kreditlə bağlı məhkəmə prosesi olub. “Port Baku Towers” biznes mərkəzi “Paşa Holdinq” in mülkiyyətidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: