Now Reading:
Parlament yeni büdcəni müzakirəsiz qəbul etdi
Full Article 3 minutes read

Oqtay Əsədov: “Axı, nəyi müzakirə edəcəyik?!”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi təqdim edilib.

Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziya Səmədzadə ölkənin iqtisadi artımları büdcədə müsbət yöndə dəyişiklikləri zəruri edib:

“Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Ölkənin valyuta ehtiyatları Ümumi Daxili Məhsula bərabər səviyyədədir”.

O vurğulayıb ki, yeni büdcə layihəsi cümhuriyyətin 100 illiyinə əsl bayram hədiyyəsidir.

Daha sonra büdcə layihəsi ilə bağlı maliyyə naziri Samir Şərifov çıxış edib. O, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində büdcəyə yenidən baxılmasına zəmin yaradan səbəbləri açıqlayıb və artımla bağlı məlumatlar verib.

Ardınca Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə ilə bağlı çıxış edib.

Büdcə müzakirələrində çıxışa yazılan deputalar olsa da, Oqtay Əsədov gündəlikdə 40 məsələnin olduğunu deyərək, çıxışları təxirə salmağı təklif edib. O, hətta bəzi deputatlara çıxış üçün israr etməməyi məsələht görüb: “Axı, nəyi müzakirə edəcəyik?! Nə lazımdırsa, o da büdcəyə daxil edilib. Görürəm ki, Qüdrət Həsənquliyev çıxışa təkid edir. Mən də ondan xahiş edirəm ki, təkid etməsin”.

Müzakirəsiz keçən layihə səsə qoyularaq qəbul edilib.

Layihədə qeyd edilir ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib.

Yeni büdcədə 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur.

Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.

Yeni dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır. ARDNF-dən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.

Bundan başqa, 2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti də artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.