Now Reading:
“Özəl” telekanallara prezident pul ayırdı
Full Article 50 second read


Dünən prezident sərəncamıyla Milli Televiziya və Radio Şurasına (MTRŞ)3 milyon manat vəsait ayrılıb. Həmin 3 milyon 2018-ci ilin büdcəsində Prezidentin Ehtiyat Fonduna ayrılmış vəsaitdən verilib.

Sərəncamda yazılır: “Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın”.

MTRŞ bu pulu ölkədə fəaliyyət göstərən “özəl” telekanallar arasında bölüşdürəcək. Bu “özəl” kanalların adlarını bir daha xatırladaq: AzTV, İTV, İdman, Mədəniyyət, Space, Lider, ATV, Xəzər, ARB, CBC sport, Dalğa TV.

Bu ilin dövlət büdcəsində Prezidentin Ehtiyat Fonduna 200 milyon manat vəsait ayrılıb. “Özəl” telekanallara ayrılan bu vəsait 2018-də həmin fonddan ilk xərcdir.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.