Now Reading:
Ötən il Hesablama Palatası xərclərdə 12% qənaət edib
Full Article 2 minutes read


Hesablama Palatası 2017-ci il üzrə xərclər smetasının icrası haqqında məlumatı açıqlayıb.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində qurumun xərcləri 3 mln. 369,432 min manat təşkil edib ki, bu da xərclər smetasının 88,14% icra olunması deməkdir. Başqa sözlə, Hesablama Palatası ötən il xərclərə 12% qənaət edib.

Hesabat dövründə Palatanın ştatda olan işçilərinin əmək haqqı xərcləri 1 mln. 750, 146 min manat olmaqla 88,69%, ştatdankənar işçilərin əmək haqqı 35,564 min manat olmaqla 80,21%, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 526,460 min manat olmaqla 90,47%, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 508,677 min manat olmaqla 88,95%, icbari dövlət sığortası üzrə 9,864 manat olmaqla 88,5% səviyyəsində icra olunub.

Bundan başqa, ölkədaxili və xarici ezamiyyələr üzrə xərclərə də qənaət olunub. Belə ki, Hesablama Palatasının ölkədaxili ezamiyyələr üzrə xərclərə 59,438 min manat olmaqla 60,04%, xarici ezamiyyələr üzrə 74,480 min manat olmaqla 99,97% səviyyəsində icra olunub.

Ötən il Palata pensiyaya çıxan dövlət qulluqçularına müavinətlər üzrə ödənişlərə 11,218 min manat xərcləyib ki, bu da xərclər smetasının 28,03% icra edilməsi deməkdir. Hesablama Palatası iş qabiliyyətini müvəqqəti itirməyə görə xərclər smetasını 94,72% icra edərək 20,838 min manat məbləğində müavinət verib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.