Now Reading:
Ölkəyə şəxsi istehlak üçün gətirilən siqaret 3 blokdan 1 bloka qədər endirilə bilər
Full Article 40 second read


Şəxsi istehlak məqsədi ilə ölkəyə gətirilən siqaretin sayına qoyulan limit sərtləşdirilə bilər.

Dövlət Gömrük Komitəsi bununla bağlı təklif verməyə hazırlaşır.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün, yanvarın 19-da keçirdiyi mətbuat konfransında deyib.

A.Əliyevin bildirməsinə görə, DGK ölkəyə şəxsi istehlak məqsədi ilə gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı Milli Məclisə müraciət edəcək:

«Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca, əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq, Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək».

Xatırladırıq ki, bu ildən siqaret idxalına tətbiq edilən gömrük rüsumu da 2 dəfə artırılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.