Now Reading:
“Oksigen” klinikasına qarşı ittihamlar – AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİK VƏ VERGİDƏN YAYINMA
Full Article 2 minutes read


“Oksigen” klinikasında vergidən yayınma və Azərbaycan dili ilə bağlı Konstutsiyanın tələblərinin pozulması halları var. Bu barədə 24saat.org-a klinikanın pasiyentləri məlumat verib.

“Klinikada Ultra Səs Müayinəsi – USM (UZİ) müayinəsinin cavabları ancaq rus dilində təqdim olunur. Cavabları Azərbaycan dilində tələb edən olduqda isə “Bir gün gözləməlisiniz, tərcümə olunmalıdır” deyilir. Məgər bura Rusiyadır ki, klinikada paseitnlərə cavablar rus dilində təqdim olunur?”- deyə pasiyent bildirir.

“Oksigen” klinikasından verilən USM cavabı

Az24saat.org-un araşdırması zamanı bəlli olub ki, USM müayinəsinin cavablarının rus dilində təqdim olunması USM həkimi İqor Sokolenkonun milliyyətcə rus olması ilə əlaqədardır. Görünən odur ki, bir həkimin Azərbaycan dilini bilməməsi və öyrənmək istəməməsi çox sayda vətəndaşa problem yaradır.

“OKSİGEN” klinikasının verdiyi “hesab-faktura”

“Oksigen” klinikasında vergidən yaylnma halları ilə bağlı isə pasiyentlər bildirirlər ki, klinikada vətəndaşlara təqdim edilən ödəmə qəbzlərinə VÖEN hesabı qeyd olunmur. Vətəndaşlara pulun ödənilməsi qarşılığında hesab faktura deyil, sadəcə kompüterdə hazırlanan və heç bir hüquqi əsası olmayan kağış parçası verilir. Bu da klinikadsa vergidən yayınma hallarının olmasına əsaslı şübhələr yaradır.

Samir Vəliyev

Klinikanın vergi yoxlamasından çəkinməyərək bu cür arxayın fəaliyyət göstərməsinə gəlincə, 24saat.org-a daxil olan məlumata görə, klinikanın sahibi olan keçmiş deputat, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev vergilər naziri Mikayıl Cabbarovla dostdur. “Mikayıl Cabbarov hələ təhsil nazir olanda Samir Vəliyevi Təhsil Nazirliyində yüksək vəzifəyə təyin edib. Əhməd Vəliyevin oğlu indi də həmin vəzifədə – akkreditasiya və nostrifikasiya idarəsinin rəis müavini postunda çalışır” – deyə mənbə bildirir.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.