Now Reading:
Obama Trampı Hitlerlə müqayisə etdi
Full Article 30 second read


ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerika demokratiyasının zəifləməsi və millətçiliyin artması ilə xəbərdarlıq edib.

Oxu.Az-ın xəbərinə görə, onun sözlərini “Crain’s Chicago Bussiness” nəşri sitat gətirir.

“Bu 1930-cu illərdə Almaniyada baş verən hadisələri xatırladır. Veymar Respublikasında demokratiya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler hər şeyə son qoydu” – ABŞ-ın 44-cü prezidenti əlavə edib.

Obama xatırladıb ki, Üçüncü Reyxin hakimiyyəti zamanı 60 milyon insan ölüb.

“Siz buna diqqət yetirməlisiniz”, – sabiq prezident deyib.

“Crain’s Chicago Bussiness” nəşri ehtimal edir ki, Omaba bu sözləri Donald Tramp və onun administrasiyasına ünvanlayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.