Now Reading:
Obama “Taliban”ın liderinin öldürülməsini təsdiqləyib
Full Article 30 second read

Obama “Taliban”ın liderinin öldürülməsini təsdiqləyib



ABŞ prezidenti Barak Obama “Taliban” hərəkatının rəhbəri Molla Axtar Məhəmməd Mansurun öldürüldüyünü təsdiqləyib.

Bu barədə TASS xəbər verib.

“Taliban” hərəkatının rəhbəri mayın 21-də ABŞ hərbçiləri tərəfindən Pakistanın Əfqanıstanla sərhəddindəki ucqar bölgəsində hava zərbəsi zamanı ölüb.

B.Obamanın xüsusi açıqlamasında deyilir ki, ABŞ bundan sonra da ekstremist təşkilatlara qarşı yönəlmiş tədbirləri davam etdirəcək.

Molla Axtar Məhəmməd Mansur “Taliban”a 2015-ci ildən, keçmiş başçı Molla Ömər öldürüldükdən sonra rəhbərlik edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: