Now Reading:
O MƏSCİD SÖKÜLƏCƏK!
Full Article 2 minutes read

O MƏSCİD SÖKÜLƏCƏK!



Prezident Ilham Əliyevin müdaxiləsindən sonra Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanda yerləşən Hacı Cavad məscidinin söküntüsü dayandırılıb. Daha doğrusu İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya bildirib.
Komissiyanın hansı qərar verəcəyi və prosesin nə ilə yekunlaşacağı bəlli deyil. Bəzi mülahizələrə görə, dindarların etirazi hökumətdə narahatlıq yaratdığına görə, məscidi sökmək qərarı gündəmdən çıxarılıb. Məlumat üçün deyək ki, dindarlar Hacı Cavad məscidinin sökülməsinə sərt təpki veriblər. Hətta polislə qarşıdurma yaranıb.

Lakin məscidin sökülməyəcəyi versiyasını bölüşməyənlər də var. Bu qənaətdə olanlar hesab edirlər ki, xüsusi komissiyanın yaradılması sadəcə etirazları səngitmək xarakteri daşıyır. “Azərbaycan hakimiyyətinin təcrübəsində hər hansı bir məsələdə geri çəkilmək kimi addıma rast gəlinməyib. Hökumət bu tip məsələlərdə geri çəkilməyi mənfi tendensiya hesab edir. Bu baxımdan hökumətin güzəştə gedəcəyi inandırıcı görünmür”, – deyə ekpertlər bildirir.

Ehtimal olunur ki, dindarlar məscidi boşaldandan və bu məsələ gündəmdən çıxandan sonra məscidin sökülməsi qərarı yenidən qüvvəyə minə bilər.

Bu hadisəni hakimiyyətdaxili ziddiyyətlərə bağlayanlar da var. Bu ehtimalı irəli sürənlər İlham Əliyevin məsələyə müdaxiləsini əsas gətirirlər. “Mümkündür ki, bu hadisə ölkədə gərginlik yaratmaqda maraqlı olan hakimiyyət daxilindəki hansısa qüvvənin özfəaliyyətidir. Hər halda, məsələ ölkə başçısıyla razılaşdırılsaydı, istənilən etirazın qarşılığında qərar icra olunacaqdı”.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.