Now Reading:
Novruz Məmmədov: “Beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var”
Full Article 1 minutes read


“Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktor kimi”

Moderator.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov özünün sosial şəbəkədəki hesabında yazıb. O bildirib ki, belə media orqanlarından biri də “Financial Times”dır: “Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. “Financial Times”, şübhəsiz, bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var. Əgər həqiqətən də, sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa… illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi “xoşbəxt etdiniz”? Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.