Now Reading:
Novruz bayramında qatarlardan istifadə edənlərə XƏBƏRDARLIQ
Full Article 30 second read


Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: