Now Reading:
“Nikah müqaviləsi yalnız varlılarımı qorumur, o elə kasıblara lazımdır”
Full Article 3 minutes read


Milli Məclisin deputatı Sədaqət Vəliyeva nikah müqavilələrinin məcburi qaydada tətbiq edilməsi təklifi ilə çıxış edib. Bu təklif uzun illərdir səsləndirilsə də, hələ ki təklif olaraq qalmaqdadır. Çünki, nikah müqaviləsi anlayışı Azərbaycanda heç ə bir mənalı qarşılanmır.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bizimyol. info saytına verdiyi açıqlamada bildirib ki, nikah müqaviləsi əslində varlı ailələrdən çox kasıb ailələrə lazımdır. ” Bir çoxları hesab edirlər ki, nikah müqaviləsi dedikdə yalnız əmlak bölümü nəzərdə tutulursa bu anlayışın yalnız varlı ailələrə dəxli var. Heç də belə deyil. Azərbaycanda hələ lap qədim dövrlərdən qızlar ərə gedəndə ayrıca bir sənəd tərtib edilirdi, qızın cehiz olaraq nə apardığı, oğlan evinin qıza hansı hədiyyələr verdiyi barəsində sənəd hazırlanırdı. Yəni hər hansı bir səbəbdən boşanma aktı baş verirdisə qıza verilən qızıl zinət əşyaları ona qalırdı. Bu gün ailə məişət zəminində baş verən münaqişələrin bir çoxu elə kasıb ailələrdə baş verir. Qız ailə qurur, evə gəlin gedir, onu oğlanın evinə daimi qeydiyyata salmırlar ki, gələcəkdə boşanma olarsa ev bölünməsin. Bu kimi faktlarla dönə-dönə rastlaşırıq. Bu təklif uzun müddətdir səslənir, Lakin təəsüflər olsun ki hələ qanun maddəsi şəklini almayıb. İnsanlar əvvəllər nikah bağlanmazdan öncə sağlamlılq haqqında arayış alınmasına da qəribə baxırdılar, amma tez müddətdə bunun nə qədər vacib bir addım olduğu dərk edildi.”.

Xatırladım ki, Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir.Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.