Now Reading:
Neft və qızıl ucuzlaşdı
Full Article 1 minutes read


Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,38 dollar və ya 2,03% azalaraq 66,61 dollar təşkil edib.
Dünya birjalarında neft qiyməti isə fərqli istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,13% artaraq 61,72 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% azalaraq 64,69 dollar təşkil edib.

Dünya birjalarında qızılın qiymətində də ucuzlaşma müçahidə olunub. Amerika fond bazarında “Dow Jones” indeksi 1,50% – 25 029,20 bəndədək, “S&P 500” 1,11% – 2 713,83 bəndədək, NASDAQ isə 0,78% – 7 273,01 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,69% – 7 231,91 bəndədək, Almaniya DAX-ı 0,44% – 12 435,85 bəndədək, Fransa CAC-40-ı isə 0,44% – 5 320,49 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 dollar ucuzlaşaraq 1 315,40 dollara, gümüşün unsiyasının qiyməti 0,03 dollar azalaraq 16,38 dollara satılıb.

APA

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.