Now Reading:
“Nazirlikdə dedilər ki, get, intihar et!”
Full Article 2 minutes read

Kənan Əhmədov: “17 manatla dolanmaq olar?”



 

“İkinci qrup əlil kimi 55 manat pensiya alıram, 38 manatı alimentə tutulduqdan sonra mənə cəmi 17 manat pul qalır. Ayda 17 manatla dolanmaq olarmı? Artıq intihar həddinə çatmışam”. Bunu 24saat.org saytına Şəkinin Oxud kənd sakini Əhmədov Kənan Nemət oğlu deyib.

O bildirir ki, ailəsi də imkansızlıq ucbatından dağılıb: “Bir olan, bir qız – iki övladım var. Əvvəl Bakıda bir nəfər ev vermişdi pulsuz qalırdıq. Sonra həmin adam evi satası oldu. Mənim də kirayə tutmağa pulum olmadı. Yoldaşım uşaqları da götürüb getdi”.
K.Əhmədov deyir ki, dəfələrlə ünvanlı sosial yardım almaq və ya işlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müqraiət etsə də, baxan yoxdur: “Bir dəfə nazirlikdən dedilər ki, get Masazırdakı duz gölünə orda sənə iş verəcəklər. Bakıdan ora piyada gedim. Ancaq orada rəhbərlik dedi ki, mənim adım olmasın, nazirlikdən deyiblər o adamdan ərizə alın ki, təklif edilən işlə razılaşmır. Dəfələrlə nazirliyə gedib nazir Səlim Müslümovun qəbuluna düşmək istəmişəm. Ancaq qapıda dayanan mühafizəçilər məni görən kimi qovurlar. Nə qədər dərdimi deyirəm, əlacsız olduğumu söyləyirəm, dinləmək də istəmirlər. Axırda sözləri o oldu ki, biz neyləyək, get intihar et!”.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə ölkə başçısına, vitse-prezidentə və digər aidiyyatı qurumlara mürciətlər edib. “Ancaq həmin qurumlar da bu müraciətlərimin hamısını adiyyatı üzrə göndərirlər yenidən ƏƏSMN-ə. Müraciətimdə artıq intihardan başqa yolum qalmadığını da yazmışdım. Buna görə müraciətimi Baş prokurorluğa da göndəriblər. Orada çağırıb məni söhbət etdilər. Müraciətlərimə görə dəfələrlə 17-ci polis bölməsinə də çağırıblar”.
Kənan Əhmədov sayt vasitəsilə aidiyyatı qurumlara üz tutaraq, probleminin həll edilməsinə köməklik gösərilməsini xahiş edir.

Günel Məmmədova
24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: