Now Reading:
Nazirlikdə 219 min manatlıq yeyinti: 7 nəfər xəbərdarlıq aldı
Full Article 1 minutes read

Nazirlikdə 219 min manatlıq yeyinti: 7 nəfər xəbərdarlıq aldı



Azərbaycan Hesablama Palatası Mədəniyyət Nazirliyinin fəaliyyətində maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda açıqlanıb.

Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, ötən il nazirliyin fəaliyyətində 27 hal üzrə maliyyə nöqsanı aşkarlanıb.

Bunlardan 7-si (ümumi qurumlar üzrə 1,3%-i) büdcə qanunvericiliyinin tələblərinə görə nöqsanlar, 4-ü (ümumi qurumlar üzrə 8,2%-i) əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 1,1 %-i) dövlət əmlakı ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar olub.

Bundan başqa, 9-u (ümumi qurumlar üzrə 15,1 %-i) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 0,8 %-i) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 5-i (ümumi qurumlar üzrə 73,5%-i) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələblərinə görədir.

Palata tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 218 min 285,1 manat bərpa edilib.

4 nəfər ciddi xəbərdarlıq, 3 nəfərə isə xəbərdarlıq verilib. Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.