Now Reading:
Nazirlər Kabineti önündə aksiya keçirilib VİDEO
Full Article 40 second read


Bu gün işğal altındakı rayonların büdcə təşkilatlarında çalışan yüzlərlə məcburi köçkün Nazirlər Kabineti önündə yenidən toplaşıb. Onların sonuncu iş yerlərindəki əmək haqları indiyə kimi ödənilirdi. Artıq 1 il 5 aydır həmin “dondurulmuş əmək haqqı” adı ilə tanınan maaşlar verilmir. Aksiyaçılar bildirib ki, keçən qəbulların birində Baş Nazirin müavini Əli Əhmədov problemin həll olunmasına söz versə də, hələki bir müsbət nəticə yoxdur. Etiraz edənlərin əsas tələblərindən biri də torpaqların azad edilməsidir. Onlar 25 il aldadılmalarını dilə gətiriblər. Ara fasilələrlə “Baş Nazir, bizi qəbul et!” şüarı səsləndiriblər.

 

Hadisə yerində olan əməkdaşımıza öz peşə fəaliyyətini sona kimi yerinə yetirməyə imkan verilməyib. Lakin aksiyadan əldə olunan bəzi görüntüləri izləyicilərimizə təqdim edirik.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.