Now Reading:
”Nazir vəzifədən gedən kimi başlayırlar ki, milyardlar yedi”
Full Article 3 minutes read

Milli Məclisin komitə iclasında ”Hesablama Palatası haqqında” qanun layihəsi müzakirə edildi



“Nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə ki, 2 milyard pul yedi, 5 milyard yedi, dağıtdı-tökdü və sair”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, hökumətdə kadr dəyişiklərindən sonra işdən çıxarılan məmurların mediada “vurulması”na eiraz edib. Deputat bildirib ki, həmin şəxslər nazir olan zaman Hesablama Palatası, Malliyyə Nazirliyi və digər aidiyyatı qurumlar o nazirliyi yoxlayıb. “Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin, onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda da, başqa yerlərdə də üstünə düşülür. Bunlara da heç kim cavab vermək istəmir. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Vahid Əhmədov əlavə edib ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara da çatdırılmalıdır.

Onun sözlərinə görə, bəzən elə məsələlər olur ki, parlamentin rəhbərliyinin xəbəri olsa da, deputatlara bilgi verilmir.

Nazirlər Kabinetinin yeni tərkinində yer almayan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 2 milyard manatlıq yeyintiyə yol verməsi barədə mediada məlumatlar dərc edilib.

Hesablama Palatası üzvlərinin maaşı deputatların etirazına səbəb oldu

Deputat Vahid Əhmədov “Hesablama Palatası haqqında” qanun layihəsində bu qurumun üzvlərinin maaşının deputatların əmək haqqından çox olmasına da etiraz edib:

“Deputat maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib. Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Hesablama Palatasıbnın üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır. Necə olur ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu halda, onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

Deputat Əli Məsimli də palata üzvlərinin maaşlarına etiraz edib:

“Qanun layihəsində Hesablama Palatasının sədrinin maaşı Milli Məclisin spikerinin əməkhaqqısı səviyyəsində müəyyən edilib. Mən Milli Məclisin işçisiyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur. Dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur. Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm. Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə, özünün vəzifəsini avtopilota qoyub hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndirirəm”.

 

Meydan TV

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: