Now Reading:
Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”
Full Article 40 second read

Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”



”Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir: “Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq “Azəravtoyol”un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq”. (apa)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: