Now Reading:
Nazir müavini: ”Azərbaycanda xəstəliklər cavanlaşıb”
Full Article 2 minutes read


Adil Qeybulla: ”Sovet səhiyyə sistemi dağılsa da, stereoritiplərin qalması böyük bəladır”

“Azərbaycanda xəstəliklərin cavanlaşması həqiqətdir. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda ürək-damar xəstəliklərinə görə əlillik dərəcəsi alan şəxslər əlillər arasında birinci yerdədir: “Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb”.

Nazir müavini qeyd edib ki, ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 11-12 faiz çoxalıb: “Gözdən əlillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Çünki vaxtında müalicə olunmurlar”.

Əlillərin komissiyadan keçməsinə gəlincə, nazir müavini deyib ki, bu məsələdə Tibbi Sosial Ekspert Komissiyalarından şikayət yoxdur, amma poliklinikalarla bağlı şikayətlər daxil olur.

Professor Adil Qeybulla Meydan TV-yə bildirib ki, sovet səhiyyə sistemi dağılsa da, stereoritiplərin qalması böyük bəladır. Qərb səhiyyə sisteminə keçildiyi söylənilir, ancaq ortada heç nə yoxdur.

“Ən böyük problem qonşularımızdan fərqli olaraq icbari tibbi sığortanın indiyə qədər olmamasıdır. Pilot kimi Yevlax və Mingəçevirin adını eşidirik, bu, bütün respublika əgalisinə tətbiq oluinmalıdır. Azərbaycan səhiyyəsi inkişaf etmiş ölkələrin yolunu əsas götürməlidir. Bəli, sovet dövründə dispanserizasiya sistemi vardı, ən azı insanlar ildə bir dəfə müayinədən keçirdi, vərəmin erkən formaları müəyyən olunurdu, ayrı-ayrı poliklinikalarda müayinələr aparır və bəzi xəstəliklərin erkən vəziyyətin müəyyənləşməsi imkanı yaranırdı. İndi sistem dağılıb, əhalinin 40 faizindən çoxu məcburi miqrasiyaya üz tutub.

İnsanlar ölkəni tərk edir, Rusiyada iki milyona yaxın soydaşımız var, İran və Türkiyədə, xüsusən Avropaya axın güclənib. Bundan əlavə məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə sanitar şərait də istənilən vəziyyətdə deyil, nəzarət hansı səviyyədədir, bu suallar açıq qalır. Belə durumda əhalinin sağlamlığının qorunması sisteminin effektiv mexanizmdən söhbət gedə bilməz”.

Adil Qeybulla


Adil Qeybulla əhalinin tənbəlləşməsinin xüsusi problem olduğunu dedi:

“Günün ikinci yarısında həddən artıq qida qəbul edir, amma az hərəkətdədirlər. Bu, təzyiq, ürək-damar xəstəliklərinin güclənməsinə təsir edir. Nəhayət, əhalinin sağlamlaşdırılması üçün heç bir tədbirlər görülmür. Bütün bunlar insan ömrünün qısaldılmasına, genofondun zəifləməsinə təsir göstərir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.