Now Reading:
Nazir kadr islahatlarından danışdı
Full Article 40 second read

Bizim leksikonumuzda “gənc kadr” sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var”.



 

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.

“O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb. Kənd təsərrüfatı Nazirliyi sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək”, – deyə İ.Kərimov əlavə edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.