Now Reading:
Nazarbaev-ə ömürlük vəzifə verildi
Full Article 2 minutes read


Qazaxıstan parlamentinin yuxarı palatası prezidenti Nursultan Nazarbaev-ə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək səlahiyyəti verən qanunu qəbul edib.

Mayın 31-də senatorların qəbul etdiyi qanunvericilik dəyişiklikləri ilə bu qurumun məşvərətçi statusu dəyişdirilib, konstitusion olub, yəni çəkisi artıb.

Parlamentin aşağı palatası artıq qanunu qəbul edib və onu Nazarbaev-in imzalaması qalır.

Dəyişikliklərə görə, Təhlükəsizlik Şurası “prezidentin formalaşdırdığı konstitusion qurumdur”, milli təhlükəsizlik və müdafiə qabiliyyəti üzrə vahid dövlət siyasətinin icrasını koordinasiya edəcək. Məqsəd “daxili siyasi sabitliyi qoruyub saxlamaq, Qazaxıstanın konstitusion quruluşu, dövlət müstəqilliyini, ərazi bütövlüyünü, milli maraqlarını mühafizə etməkdir”.

Təhlükəsizlik Şurasının iclası, 30 may, 2018-ci il

HAKİMİYYƏTİ ƏLDƏN VERMƏMƏK

Müşahidəçilərin fikrincə, 77 yaşlı Nazarbaev prezidentlikdən gedincə hakimiyyəti əldən verməmək üçün belə bir addım atılır.

Ölkədə davamlı olaraq prezidentin siyasi keçidə hazırlaşması haqda spekulyasiya dolaşır. Ancaq Nazarbaev martın 5-də dedi ki, “xalqımızın gələcəyə inamla baxmasından ötrü işləməyə davam edəcəyəm”.

O, parlamentin birgə iclasında onu da demişdi ki, “iri sosial layihələrə diqqət ayırmağın zamanı gəlib və o, “belə proqramlara rəhbərliyini davam etdirəcək”.

Nazarbaev enerji ehtiyatları ilə zəngin Qazaxıstanı Sovet İttifaqı 1991-ci ildə süqut etməmişdən öncə də idarə edirdi.

O, sonuncu dəfə bu posta 2015-ci ildə, daha beş il müddətinə seçilib.

İnsan haqları fəalları və tənqidçilər onun narazıları susdurduğunu, qeyri-demokratik seçkilərlə hakimiyyətdə qalma müddətini uzatdığını, potensial opponentlərini neytrallaşdırmaqdan ötrü hakimiyyət rıçaqlarından istifadə etdiyini deyirlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.