Now Reading:
Naxçıvanda ‘Kətə’ festivalı .
Full Article 40 second read

Naxçıvanda ‘Kətə’ festivalı .



Aprelin 8-i Naxçıvan Muxtar Respublikasında”Kətə” festivalı başlayıb.

Yerli KİV-lərin verdiyi xəbərə görə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirin təşkilatçıları muxtar respublikanın iqtisadiyyat və turizm nazirlikləridir.

Festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin,hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilir.

Xəbərdə qeyd edilir ki, “Kətə” festivalının keçirilməsi Azərbaycanın əsrlər boyu formalaşmış kulinariya mədəniyyətinin öyrənilməsi və təbliğinə xidmət edir.

Kətə Azərbaycan mətbəxində özünəməxsus yer tutur.

Naxçıvanda şomu kətəsi, qarışıq göyərti kətəsi, çiriş kətəsi, cigitkən kətəsi, balqabaq kətəsi, mərcimək kətəsi, cəviz kətəsi, halvalı kətə, şirin kətə və döymə kətə kimi onun növləri vardır.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: