Now Reading:
Narkoloji Mərkəzdə dəhşətli yanğın: 30-dək şəxs ölüb
Full Article 40 second read

Narkoloji Mərkəzdə dəhşətli yanğın: 30-dək şəxs ölüb



Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən  bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

 

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər  3 saylı şəhər Klinik Xəstəxanasındadır.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.