24 saat

Namiq Cəfərlidən Baş Prokurorluğa dəvət olunmasına reaksiya


“Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi”. Bu sözləri 24saat.org-a İnfoaz.org saytının baş redaktoru Namiq Cəfərli dünən Baş Prokurorluğa dəvət olunmasına münasibət bildirərkən deyib. Namiq Cəfərli əlavə edib ki, Baş Prokurorluğa çağırılmamışdan əvvəl rəhbərlik etdiyi sayt bloklanıb: “Dünən səhər saatlarında sayt bloklanıb. Təxminən 1 saat sonra Baş Prokurorluğa dəvət olunmuşam. Məni Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Söhbət əsnasında bəlli olub ki, bütün bunlar prezident köməkçisi Əli Həsənov barəsində yazdığım məqalə ilə bağlıdır. Bu yazıya irad bildirildi. Mən də arqumentlərimi irəli sürdüm, yazının hansısa qərəzin, yaxud sifarişin nəticəsi olmadığını bildirdim. Eyni zamanda qeyd etdim ki, Əli Həsənov Baş Prokurorluğa müraciət edərək Azərbaycanda söz azadlığına basqılar barədə iddiaların əsassız olmadığı qənaətini möhkəmləndirmək əvəzinə, İnfoaz.org saytından cavab haqqını tələb edə bilərdi. Amma təəssüf ki, Əli Həsənov bunu etmədi”.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: