Now Reading:
Nail Allahverdiyevə 6 il cəza verildi
Full Article 40 second read


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

az24saat.org-un məlumatına görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Ramin Nağəliyev çıxış edərək N.Allahverdiyevə 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı N.Allahverdiyevə Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilməsini istəyib.

Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.