Now Reading:
Nadir Qafarzadə xristianlığı qəbul edib? – Açıqlama
Full Article 50 second read


Müğənni Nadir Qafarzadə ötən gün sosial şəbəkə ünvanında hər kəsin marağına səbəb olacaq paylaşım edib. O, İsa peyğəmbərin fotosunu paylaşaraq belə şərh yazıb:

“Sən qayıdacaqsan! İsa Peyğəmbər! İnsanlıqdan çıxmışları özünə qaytar. Yer üzünü, yalanlardan, nadanlardan, təmizlə! Rəhm et, İsa! İnsanın, hansi dinə xidmət etdiyi əsas deyil, əsas insanlıqdır! “İSANI TANIMAYAN MÜSƏLMAN, MÜSƏLMAN DEYİL” ALLAH!”

Bu paylaşımdan sonra müğənninin dinini dəyişdiyini deyənlər var.

Məsələ ilə bağlı Nadir Qafarzadənin prodüseri Musa bəy Modern.az-a açıqlama verib. O bildirib ki, bunlar hamısı boş-boş söhbətlərdir.
“Nadir Qafarzadənin 47 yaşı var, belə şey olar? Bu məlumatlar hardan yaranır, necə yaranır, çox qəribədir. “Nadir Qafarzadə dinini dəyişib” sualına ümumiyyətlə cavab vermirəm.
Sadəcə jurnalistlər hansı əsasla bunu yazırlar, bilmirəm. Düzdür, dini dəyişmək məsələsi yoxdur, amma yenə də özü ilə danışın. Lakin Nadir Qafarzadə hazırda Azərbaycanda yoxdur”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.