Now Reading:
N.Məmmədov: ‘Yeddi ilin memarı İlham Əliyev olmalıdır’
Full Article 2 minutes read


«Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır».

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün, fevralın 8-i keçirilən qurultayı ilə bağlı fikirlərini özünün Facebook səhifəsindən bölüşən prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov belə yazıb.

«Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi», – N.Məmmədov yazıb.

O, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə toxunaraq, keçmiş prezident Heydər Əliyevin fikirlərini yada salıb:

«İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini «Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram…Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır».

N.Məmmədov əlavə edib ki, Azərbaycan xalqının prezident İ.Əliyevə şübhəsiz inandığını düşünür.

YAP-ın qurultayı başa çatıb
Nümayəndələrin çıxışlarından sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov danışıb. O, 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.

Qərar qəbul olunub.

YAP-ın sədri, dövlət başçısı İ.Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

İlham Əliyevin prezidentliyə namizədliyi verilib
Bu gün, fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi verilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.