Now Reading:
Nəsimi rayon İcra Hakimiyyəti fırıldaqçılıqda ittiham olunanlarla müqavilə bağlayıb
Full Article 4 minutes read


Yaşayış binalarının tikintisi ilə daşınmaz əmlak sahəsində cinayətlərə görə mühakimə olunmuş şəxs məşğul olur

2016-cı ildə Azərbaycan hökuməti Bakının bir neçə rayonunda köhnə yaşayış binalarının sökülməsi və yenilərinin tikilməsi haqqında qərar qəbul edib (“pilot layihə”). Sökülən binaların inşaatçıların təklifləri ilə razılaşmayan sakinləri özləri üçün müdafiə texnologiyaları düşünüb tapırlar. Hələlik proses dağınıq gedir, söküntü altına düşən evlərin sakinləri ruslar kimi ictimai təşkilatda birləşməyib. Bakılılar hüquqlarını pozan inşaatçılara qarşı ayrı-ayrılıqda mübarizə aparırlar.

Turan agentliyi Bakı evlərinin sakinlərinin iki uğurlu mübarizəsi haqqında məlumat alıb. Hər iki hadisə ötən ilin noyabrından Bakının Nəsimi rayonunda X.Ələsgərov və S.Rüstəm, Q.Quliyev və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllənin sakinlərini qanunsuz olaraq köçürən Grand Plaza MMC tikinti şirkəti ilə bağlıdır.

2016-cı ildə bu şirkət sökməyə hazırlaşdığı başqa bir evin sakinlərinin yaxşı təşkil olunmuş müqaviməti ilə qarşılaşdı. Şirkəti iqtisad məhkəməsinə verən Səməd Vurğun küçəsindəki evin sakinləri qalib gəldilər. Məhkəmə 7 Points yaşayış kompleksinin tikinsitinin dayandırılmasına qərar verdi. Amma həmin vaxta qədər inşaatçılar artıq yaşayış binasına ziyan vurmuşdu. Məhkəmə qərarınan sonra Grand Plaza ərazini tərk etdi.

Elə həmin şirkət Bakıda yuxarıda göstərilmiş ünvanda sakinlərin yaxşı təşkil edilmiş müqaviməti ilə qarşılaşdı. Ötən həftə bu məhəllə sakinlərindən birinin ünvanına FHN şöbəsindən rəsmi məktubun surəti gəldi. Məktubda FHN-in Grand Plazaya qarşı tikinti normalarına riayət etmək, tikintidə təhlükəsizlik qaydalarını pozmamaq, vətəndaşların köçürülməsi məsələlərinin həlli zamanı onların hüquqlarına riayət etmək və s. tələbləri yer alır. Bu tələblər yerinə yetirilmədiyi təqdirdə FHN bu ünvanda tikinti işlərini dayandırmaq hüququnu özündə saxlayıb.

Turan-ın müxbiri bu məhəllənin sakini ilə görüşüb. O, güzəştə getməyən sakinlərə qarşı güclü təzyiq göstərən tikinti şirkəti tərəfindən cavab tədbirlərinə məruz qalmaqdan qorxduğu üçün adının açıqlanmasını istəməyib.

Sakinlərin əhval-ruhiyyəsi haqqında suala cavabda mənbə deyib:

– Hazırda həyətdə yaşayan 100-dən çox ailədən cəmi 6-sı köçüb. FHN-in yazılı göstərişinə və Nəzimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuru Əhmədovun sakinlər könüllü olaraq tamamilə köçürülənə qədər məhəlləmizdə istənilən söküntü işlərinin və çəpərləmənin dayandırılması haqqında göstərişinə baxmayaraq, firma 29.01.2018-ci il tarixində hasar çəkməyə davam edib. Və yuxarıda adı çəkilən dövlət qurumlarından heç biri narazı sakinlərin çoxsaylı zənglərinə reaksiya verməyib. Binanın ikinci mərtəbəsində sakinlərdən birinin mənzilinin damı tamamilə sökülüb. Çox güman ki, bu, birinci mərtəbədəki sakini şirkətin şərtləri ilə razılaşmağa və köçməyə məcbur edib. Tikinti şirkəti nə Nəsimi rayon İcra Hakimiyyətinin hava şəraiti pis olduqda mənzilləri su basmaması üçün evini tərk edən sakinlərin pəncərələrinə şüşə taxılması haqqında tapşırığını da yerinə yetirməyib.

FHN-dən başqa, digər dövlət orqanlarından cavab almamışıq. Bir çox məktublarımız Nəsimi rayon İcra Hakimiyyətinə yönləndirilib. Başa düşdüyümüz qədər, onlar sonradan sözlərindən yayına bilmək üçün bizə yazılı cavab vermək istəmirlər.

İnsanların əhval-ruhiyyəsinə gəlincə, hamı heç bir zəmanət yer almayan müqavilələri imzalamaq müqabilində söküntüyə qarşıdır. Həm də tikinti şirkətinin istisnasız olaraq bütün vədləri vəd olaraq qalır, buna görə onlar bizim etibar limitimizi tamamilə tükədiblər, deyə məhəllə sakini əlavə edib.

Məhəllənin bəzi fəalları onların öz evlərində yaşamaq hüquqlarını pozan tikinti şirkətinin tarixçəsini araşdırmaqla məşğuldurlar. Şirkət və onun sahibi haqqında məlumat tapmaq üçün vergi xidmətinin və məhkəmələrin veb-saytlarına baxırlar. Aşkarlanmış faktlardan məhkəmədə Grand Plaza-ya qarşı istifadə olunacaq.

– Biz sakinlərə müqavilə imzalamağı təklif edən tikinti şirkətinin direktoru Qərib Əmiraslanovun (adı vergi xidmətinin saytında yazılıb) daşınmaz əmlak sahəsində fırıldağa görə 8 il şərti həbs cəzasına məhkum edilib. Bizim səs-küyümüzdən sonra, çox güman ki, onu işdən çıxarıblar, amma bizim üçün bu, heç bir məna daşımır. Fakt fakt olaraq qalır, deyə “müqavimət fəalı” qeyd edib.

Sakinlərin təqdim etdikləri sənədlərdə qeyd edilr ki, Əmiraslanov ortağı R.Hacızadə ilə birlikdə saxta sənədlərlə eyni mənzilləri və park yerlərini bir neçə vətəndaşa satıblar. Əmiraslanov və R.Hacızadə bu yolla 1 mln. 112 min manat mənimsəyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.