Now Reading:
”Nə səhiyyə pulsuzdur, nə də dərman – özümüzü aldatmayaq”
Full Article 2 minutes read

Səhiyyənin durumu deputatla komitə sədri arasında fikir ayrılığına səbəb oldu



“Gəlin özümüzü aldatmayaq, hər yerdə yazırlar ki, səhiyyə pulsuzdur, müəyyən dərmanlar pulsuzdur. Amma hamımız bilirik ki, həkim də pul istəyir, bir çox halda, hətta pulsuz olan dərmanları da xəstələrə pulla aldırırlar. Kimin imkanı var Türkiyəyə, Avropaya gedir. İmkansızlar İrana gedirdi, orda da qiymətləri bahalaşdırdılar. İndi imkansızlar pulsuzluqdan sakitcə evində oturub öləcək. Heç olmasa çalışaq ki, insanlar vaxtından əvvəl ölməsinlər. Onsuz da onkoloji xəstəliklər baş alıb gedir. Heç olmasa ölümlərinin vaxtını uzadaq”.

24saat.org xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. O, Azərbaycanda səhiyyənin keyfiyyətinin aşağı olduğunu, tibbi təhsilin qənaətbəxş olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etməlidir. “Məcburi tibbi sığorta bütün Azərbaycan üçün tətbiq olunmalıdır. Pilot layihə hara qədər davam edəcək? Biz bu pilotla nə qədər uçacağıq? Türkiyə, başqa dövlətlər icbari tibbi sığortaya keçib, biz niyə tətbiq etməyək?

Fazil Mustafanın çıxışına Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sərt reaksiya verib. O, deyib ki, Tibb Universitetinin həm kadr bazası, həm maddi-texniki bazası günbəgün artır, və alternativ təhsil də var. Bilmədiyinizi deməyin, Tibb Universitetinə gedin, görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsədlə baxırlar. Xahiş edirəm, bilmədiyiniz şeyləri deməyin!”

Ə.Əmiraslanov əlavə edib ki, tibbi sığortaya tam keçidlə bağlı da iş gedir və yaxın illərdə ölkəmiz tam icbari tibbi sığortaya keçəcək”.

 

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: