Now Reading:
Müxalifətçi xanımın yoxa çıxdığı deyilir
Full Article 50 second read


Yaxınları 2 gündür ondan xəbər ala bilmirlər

Müxalif ictimai fəal Fatimə Mövlamlının 2 gündür yoxa çıxdığı bildirilir. Yaxınları martın 31-dən etibarən ondan xəbər ala bilmirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) “Turan”-a bildiriblər ki, F.Mövlamlı martın 31-də Demokratik Qüvvələrin Milli Şurasının Müsavat Partiyası ilə birgə etriaz aksiyasında iştirak edib: “O, martın 31-dən yoxa çıxıb. Bütün yaxınlarla əlaqə saxlansa da, onu “gördüm” deyən yoxdur”, – deyə partiyadan bildiriblər.

Müxalifətçi fəalın yaxınlarının əlaqəli qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin “102 Xidmətinə” müraciət etdiklərini bildirib. Ancaq hələlik müxalif fəaldan xəbər yoxdur.

Yaxınlarının sözlərinə görə, görə, müxalif fəal həm də son zamanlar “Diktatoru tanıdaq” kampaniyasının Bakıdakı iştirakçılarından olub. Onlar F.Mövlamlının siyasi baxışlarına, fəallığına görə saxlana biləcəyini düşünür.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində “diktatoru tanıdaq” adlı aksiyalar keçirirlər.

Daxili İşlər Nazirliyindən F.Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: