Now Reading:
Müsavatdan Siyavuş Novruzovun təklifinə reaksiya
Full Article 40 second read


Milli Məclisin dünən keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov amnistiya təşəbbüsü ilə çıxış edib: “Hər bir deputat amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Bütün deputatların adından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək.

Bu, həm AXC-nin 100 illiyinə, həm də ulu öndərin 95 illiyinə verilən qiymət ola bilər”.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı bizimyol.info-ya bildirib ki bu təşəbbüsü alqışlayıb: “Həbsdə olan kifayət qədər günahsız adamlar var.
Cümhuriyyətin 100 illiyində amnistiyanın onlara şamil olunmasını şəxsən alqışlayaram”.

Qeyd edək ki bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
İclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.